• $
  • €
  • ₽
  • ₺
  • £

Beş ayda istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb- Nazir

Beş ayda istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb- Nazir
14.06.2023 13:27
Bu ilin beş ayında  Azərbaycanda istehsal edilən elektrik enerjisinin ümumi həcmi 11,886 kilovat-saat olub. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov tvitter hesabında paylaşıb.

Ölkədəki istilik elektrik stansiyalarının payına istehsal edilən elektrik enerjisinin ümumi həcminin 93 faizi düşüb, yerdə qalan 7 faizi isə bərpa olunan enerji mənbələrindən istehsal edilən enerji təşkil edib.
 
2022-ci ilin yekunlarına görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28,988 milyard kilovat-saata çatıb. Ötən il Azərbaycan 3 milyard kilovat-saatdan çox elektrik enerjisi ixrac edib, 137,1 milyon kilovat-saatdan çox elektrik enerjisi idxal edib.
 
2023-cü ilin yanvar-aprelində elektrik enerjisinin idxalı 41,1 mln. kVt·st olmaqla, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt·st, ixrac isə 1 244,1 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 725,6 mln. kVt·st artıb.

Bu ilin aprelində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,6 mln. kVt·st  və ya 2,4 % artaraq 2095,9 mln. kVt·st olub. Aprel ayında elektrik enerjisinin idxalı 9,6 mln. kVt·st, ixrac isə 9,7 mln. kVt·st təşkil edib.

Hesabat dövründə Azərbaycanın istilik elektrik stansiyaları (İES) 27 milyard kilovat-saatdan çox, su elektrik stansiyaları (SES) 1,5 milyard kilovat-saat, külək elektrik stansiyaları (KES) 83,3 milyon kilovat-saat, günəş elektrik stansiyaları (GES) 60,9 milyon kilovat-saat, bərk məişət tullantılarının emalı zavodunun İES-ləri 205,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
 
Aytac Zeynalova



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol