• $
  • €
  • ₽
  • ₺
  • £

Əlilliyi olan 29 uşaq övladlığa verilə bilən kimi müəyyən olunub

Əlilliyi olan 29 uşaq övladlığa verilə bilən kimi müəyyən olunub
16.06.2023 10:58
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrində 29 uşaq övladlığa verilə bilən uşaqlar kimi müəyyən olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Həmin uşaqları övladlığa götürəcək şəxslər aylıq sosial ödənişlərlə təmin olunacaq.

Belə ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindən övladlığa götürülən əlilliyi olan uşağa görə onu övladlığa götürən şəxs üçün aylıq 600 manat müavinət nəzərdə tutulub.

Bu müavinətlə yanaşı, uşağın orqanizmin funksiyalarının pozulması:

81-100 faiz olduqda - 270 manat müavinət, 200 manat (gözdən əlilliyə görə olduqda 300 manat) təqaüd və həmin uşağa qulluğa görə 100 manat təqaüd,

61-80 faiz olduqda 220 manat müavinət və uşağa qulluğa görə 100 manat təqaüd,

31-60 faiz olduqda 150 manat müavinət və uşağa qulluğa görə 100 manat təqaüd nəzərdə tutulub.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindəki əlilliyi olan uşağın övladlığa götürülməsinə görə aylıq sosial ödənişin ümumi məbləği uşağın əlillik göstəricisi 81-100 faiz olduqda 1170 manat (gözdən əlilliyə görə olduqda 1270 manat), 61-80 faiz olduqda 920 manat, 31-60 faiz olduqda 850 manat təşkil edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol