Bu ilin beş ayında qaz limitini keçməyən abonentlərin sayı açıqlanıb

2023-cü ilin beş ayında abonentlərin 68,8 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən tədbir zamanı deyib.
O bildirib ki, ötən 5 ay ərzində 705 min 012 abonent, ümumi abonentlərin 28,2 %-i 20 qəpik, 75 min 001 abonent isə (abonentləin 3 %-i) 25 qəpik tarifi ilə qaz istifadə ediblər.
Hesabat dövründə 47 353 abonent, ümumilikdə isə abonentlərin cəmi 1,9%-i qəpiklik tarifdən istifadə edib.
İlin ilk rübündə SOCAR "Azəriqaz” İB ümumilikdə 482 milyon 866 min manat dəyərində satış həyata keçirib. Bunun da 439 milyon 909 min manatı əhali və qeyri-əhali abonentləri tərəfindən ödənişi gerçəkləşib. Nəticədə ödənişlər 91,1%-dir.
2023-cü ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27 946 müraciət azalıb.
2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib.
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib