Təhsil nazirliyi və məktəbdə olan şəxslər hara baxır?- DEPUTAT

Son günlər sosial şəbəkələrdə məktəblilərin kriminal həyatı təbliğ edən mahnıların sayı artıb. Bunu deputat Naqif Həmzəyev deyib.
www.anews.az
"Təhsil nazirliyi və məktəbdə olan şəxslər hara baxır? Məktəblilərin bu sahəyə marağının artmasının qarşısını niyə ala bilmirik? Kriminal həyatı təbliğ edən mahnılara necə göz yumurlar və bu tip mahnılar sosial şəbələrdə yayılıb. Bu barədə aiddiyatı qurumlar ciddi tədbirlər görməlidir. Heç kim çıxır nə açıqlama vermir nə də də bununla bağlı hər hansı bir konsepsiyanı görmürük”, - deputat Naqif Həmzəyev iyunun 16-da Milli Məclisin iclasında çıxışı zamanı deyib.
İyunun 14-də məktəblərdə son "zəng zəng" çalınıb. Sosial şəbəkələrdə bir neçə məktəblərdə kriminal həyatı təbliğ edən mahnılar səsləndirilib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.
2022/2023-cü tədris ilində ümumi təhsil müəssisələrində 98 649 nəfər XI sinfi bitirib.
Cari tədris ilinin sonuna ölkə üzrə ümumtəhsil müəssisələrində təhsilalanların sayı 1 milyon 707 min 242 nəfər olub.
Cari tədris ilinin sonuna ölkə üzrə ümumtəhsil müəssisələrində təhsilalanların sayı 1 milyon 707 min 242 nəfər olub.
Gülnar Nazımqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























