• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta pul hazırlamağın cəzası nədir? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

Saxta pul hazırlamağın cəzası nədir? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ
19.06.2023 16:27
Saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər cinayət məsuliyyəti daşıyırlar. Cinayət Məcəlləsinin 204-cü maddəsinə əsasən, satış məqsədilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
2022-ci ildə Azərbaycan Mərkəzi Bankı milli valyutada 452 ədəd (36 min manat) saxta pul nişanı, xarici valyutada isə 193 ədəd saxtakarlıq əlaməti müəyyən edilmiş pul nişanı aşkarlayaraq tədavüldən çıxarıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edib.
 
Hüquqşünas Arzu Əliyevanın sözlərinə görə, saxta pul hazırlamaq və dövriyyəyə buraxmaq ayrı-ayrılıqda bir cinayət hesab olunur.
 
"Bu cinayət əməlini həyata keçirən şəxslər təkcə saxta pul hazırlamaq maddəsinə görə yox, həm də həmin pulları dövriyyəyə buraxdıqlarına görə  cəzalandırılırlar. Çünki bu əməl ayrılıqda birbaşa dələduzluq əməli hesab olunur", - hüquqşunas bildirib.
 
Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.
 
Eltac Nurullazadə
 

 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol