Binalarda qarajların satılması qanunidirmi? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

Mənzil məcəlləsinin 35-ci maddəsinə görə, yaşayış binalarının texniki zirzəmiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətindədir. Yəni həmin binanın hər-hansı bir sahə mülkiyyətçisi də həmin binanın zirzəmisindən istifadə hüququna malikdir.
Bakı yeni tikilən binaların bir çoxunda bəzi sakinlərə binaların altındakı dayanacaqlarda maşınlarını park etməyə icazə verilmir. Adətən park yerləri binalardakı mənzillərin sayından daha az olur. Odur ki, binaların sahibləri bu yerləri sakinlərə yüksək qiymətlə satır. Avtomobilləri bina altındakı dayanacaqlarda park etməyə icazə verilməməsi sakinləri yol kənarınlarında park etməyə məcbur edir ki, bu da öz növbəsində nəqliyyatın hərəkətinə maneə törədir və pik saatlarda tıxacın yaranmasına səbəb olur.
"Mənzil-tikinti koorperativləri bütün binanın özülündən başlamış, texniki mərtəbələrinə qədər bütün binanın pulunu payçılardan alırlar. Daha sonra isə texniki mərtəbə ilə zirzəmi hissəsini öz məqsədləri üçün istifadə edirlər. Bu isə tamamilə qanunsuzdur. Qanuna görə, həmin yerlər ümumi istifadədə olmalıdır. Əslində bütün bu kimi məsələlər müqavilə ilə həll olunmalıdır. Şəxs əgər bir binanın tikintisində payçı kimi iştirak edirsə, bilməlidir ki, həmin qarajda və texniki mərtəbədə onun payına nə düşür. Yox əgər kimsə binanı tikib satırsa, bu başqa məsələdir. Yəni həmin tikilən binanın zirzəmisidə, texniki mərtəbələridə binanı tikən şəxsə aid olur, digər qalan hissəsini isə satır. Mənzil-tikinti koorperativləri bir qayda olaraq bütün payçılardan pulları alır, sonradan isə texniki mərtəbələri ofis və yaxud mağaza edir, zirzəmi hissəsini isə qaraj düzəldib baha qiymətə sakinlərə satırlar", - hüquqşünas bildirib.
Mənzil məcəlləsinin 35.2-ci maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edirlər.
Məcəllənin 35.3-cü maddəsində deyilir ki, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.
35.4-cü maddədə qeyd edilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın.
Eltac Nurullazadə
www.anews.az

Hüquqşünas Sahib Əliyev binalardakı qarajların sakinlərə pulla satılmasını qanunsuz hesab edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib