Tuğ kəndinin tarixi ərazisi Qoruq elan edildi - Sərəncam

Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi "Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda Nazirlər Kabinetinə iki ay müddətində:
Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirmək;
Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri görmək;
Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Dövlət Turizm Agentliyinə isə qoruğun idarə olunmasını təmin etmək və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirləri görmək tapşırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























