• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edildi

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edildi
18.06.2023 15:16
İyunun 18-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqların müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Mərasimlərdə hərbi qulluqçular qəhrəmanin məzarını ziyarət edib, üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Həmçinin Milli Qəhrəmanın Tərtər şəhərində olan barelyefi də ziyarət olunub, güllər düzülüb.

Anma mərasimlərində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edib, Mübariz İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.

Mübariz İbrahimovun göstərdiyi rəşadət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Mübariz  İbrahimov ölümündən sonra dövlət başçısının müvafiq Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol