Ağdamda kütləvi məzarlıq aşkarlanıb

Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb. Bu barədə Reporta Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Baş Prokurorluqdan verilən məlumata görə, iyunun 19-u Ağdamın işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Bundan əvvəl Şuşada Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilib.
Daha əvvəllər isə kütləvi məzarlıqlar Şuşanın Daşaltı kəndində, Xocavəndin Edilli kəndində, Xocalının Fərrux kəndində, Füzulinin Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.
İndiyədək isə aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları tapılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























