Elektrik avtomobillərinin sayı artır, enerji doldurma məntəqələri isə yoxdur

2023-cü ilin
yanvar-martında Azərbaycana ümumilikdə 314 milyon 994 min dollar dəyərində
20 799 ədəd avtomobil idxal olub. 2022-ci ilin yanvar-martı ilə müqayisədə
ölkəyə idxal olunan avtomobillərin sayı 21,6% və ya 3 697 ədəd artıb. İdxal olunan elektrik mühərrikilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən
ilin müvafiq dövrü ilə müqayisədə 5,8 dəfə və ya 338 ədəd artıb. Bu
barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Bu məntəqələrin 22-i Bakıda
quraşdırılıb. Bölgələrdə isə Gəncədə, Qubada və Kürdəmirdə enerji doldurma məntəqələri
fəaliyyət göstərir.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, Azərbaycanda bu sahə üzrə infrastruktur yox səviyyəsindədir.
"Ölkədə bu sahədə addımların atılmadığını görürük. Bakı şəhərində cəmi bir neçə ədəd yükləmə məntəqəsi var. Bu avadanlıq kifayət qədər bahalı avadanlıqdır və o qədər də gəlir gətirən bir sahə deyil. Ona görə də, şirkətlər bu məsələdə maraqlı olmurlar. Hər kəsin yaşadığı evdə şəraiti yoxdur ki, avtomobilini elektiriklə yükləsin. Sözü gedən sahəyə müəyyən dəstək lazımdır. Bu infrastrukturu yaratmaq üçün tədbirlər planı hazırlanmalı və yaxud dövlət proqramı olmalıdır ki, hər bir müəssisə, təşkilat, restoran və yol kənarı obyektlər bu xidməti özlərində təşkil etsinlər. Onlara müəyyən güzəştli şərtlərlə bu məntəqələr verilsə, bu xidmət onlar tərəfindən qarşılanar. Burada şirkət özü də xeyir götürdüyünə görə, bu işdə maraqlı ola bilər”, - ekspert bildirib.
Energetika
Nazirliyinin rəsmisi Rauf Qurbanov bildirib ki, indiyədək Azərbaycanda
elektrik avtomobilləri üçün 33 enerji doldurma məntəqəsi quraşdırılıb.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, Azərbaycanda bu sahə üzrə infrastruktur yox səviyyəsindədir.
"Ölkədə bu sahədə addımların atılmadığını görürük. Bakı şəhərində cəmi bir neçə ədəd yükləmə məntəqəsi var. Bu avadanlıq kifayət qədər bahalı avadanlıqdır və o qədər də gəlir gətirən bir sahə deyil. Ona görə də, şirkətlər bu məsələdə maraqlı olmurlar. Hər kəsin yaşadığı evdə şəraiti yoxdur ki, avtomobilini elektiriklə yükləsin. Sözü gedən sahəyə müəyyən dəstək lazımdır. Bu infrastrukturu yaratmaq üçün tədbirlər planı hazırlanmalı və yaxud dövlət proqramı olmalıdır ki, hər bir müəssisə, təşkilat, restoran və yol kənarı obyektlər bu xidməti özlərində təşkil etsinlər. Onlara müəyyən güzəştli şərtlərlə bu məntəqələr verilsə, bu xidmət onlar tərəfindən qarşılanar. Burada şirkət özü də xeyir götürdüyünə görə, bu işdə maraqlı ola bilər”, - ekspert bildirib.
2015
ci ildə "GreenCar” MMC, "Azərişıq” ASC və İDEA İctimai Birliyinin birlikdə
həyata keçirdiyi layihə çərçivəsində Bakının müxtəlif yerlərində müasir
texnoloji vasitələrlə və xüsusi proqramlarla təmin olunan enerji doldurma
cihazlarının quraşdırılması planlaşdırılıb.
Bu layihələrin əsas məqsədi ən son texnoloji yeniliklərin
Azərbaycana gətirilməsi, ətraf mühitin innovativ metodlarla qorunmasına xidmət
etmək, bununla da ölkə ərazisində ətraf mühitin mühafizəsi və sağlam ekoloji
mühitin yaradılmasına dəstək verməkdir.
Bu şirkətlərlə əlaqə saxlamağa çalışdıq. Bəlli oldu ki, "GreenCar” MMC öz internet səhifəsi və sosial mediada olan hesablarını durdurub. Bu şirkətə məxsus telefon nömrələri də işləmir.
"Azərişıq” ASC mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə bildirib ki, ASC bu layihə çərçivəsində yalnız stansiyalara elektrik vermək öhdəliyi götürüb.
İDEA İctimai Birliyinin mətbuat xidmətindən isə qurum rəhbərinin məlumat vermək üçün bizə dönəcəyini bildirdilər. Qurumun açıqlaması daxil olduğu təqdirdə məsələyə yenidən qayıdacağıq.
Eltac Nurullazadə
www.anews.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























