Fərid Səfərliyə qarşı rəsmi ittiham irəli sürülüb

İranda həbs edilən Azərbaycan vətəndaşı Fərid Səfərliyə qarşı bu ölkənin qanunvericiliyinin casusluq ittihamını nəzərdə tutan maadısi ilə ittiham irəli sürülüb. Amma Səfərli bu ittihanla razılaşmır. Bu barədə onun anası Dilarə Əsgərova məlumat verib.
"Fərid səhhətinin yaxşı olduğunu dedi. Məni sakitləşdirməyə başladı ki, onunla hər şey yaxşıdır. Fərid bildirib ki, onun heç bir günahı yoxdur və ona qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır”, - Əsgərova bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövləti Səfərlinin işi ilə ciddi məşğuldur.
"Vəkilin cəlb olunması məsələsi də hökumət tərəfindən həll olunacaq. Ola bilsin ki, ona artıq vəkil tutulub. Azərbaycanın Təbrizdəki Baş Konsulluğu Fəridlə mütəmadi olaraq əlaqə saxlayır. İnanıram ki, Fəridlə bağlı ədalətli qərar veriləcək”, - Əsgərova bildirib.
Almaniyada təhsil alan Fərid Səfərli bu ilin fevralında tanış olduğu qızla görüşmək üçün İrana gedib. Martın 4-dən Səfərli ilə əlaqə kəsiib və yalnız 3 aya yaxın vaxt keçdikdən sonra məlum olub ki, İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə XİN-in Fərid Səfərlinin taleyi ilə maraqlanıldığını bildirib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























