Zaqatalada sahibsiz itlər güllələnib- DİN-dən açıqlama/VİDEO

Zaqatala ərazisində sahibsiz itlər güllələnib. Bu barədə blogger Saleh Nəsirov instagram hesabında paylaşıb.
O bildirib ki, rayonlarda itlərə demək olar ki, yemək heç verilmir, lakin işgəncələr və zorakılıq halları çoxdur.
www.anews.az
O bildirib ki, rayonlarda itlərə demək olar ki, yemək heç verilmir, lakin işgəncələr və zorakılıq halları çoxdur.
"Bakıda sahibsiz itlərə qarşı antihuman münasibətini yaxşı alsaq, bu heç də müşahidə deyil, insan! Əgər, paytaxda sahibsiz itlər amansızca güllələnərək və yandırılaraq qətlə yetirilirsə, onda rayonlardan nə gözləmək olar? Bəli, hər şey paytaxtdan başlayır. Bakı hər bir mənada və təsir rayonlara örnəkdir, nümünədir! Münasibət və yanaşma dəyişilməlidir! Nəzarət, diqqət və qayğı gücləndirilməlidir!",- blogger əlavə edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Anews.az-a bildirilib ki, bu gün gecə saatlarında DİN-in "102” Xidməti-Zəng Mərkəzinə müraciət edən Zaqatala sakini Nizami Ramazanov şəhər ərazisində sahibsiz itləri güllələyən şəxslərin ona və bacısı Nərmin Ramazanovaya qarşı fiziki güc tətbiq etmələri ilə bağlı məlumat veriblər. Daxil olmuş müraciət əsasında hazırda rayon polis şöbəsində araşdırma aparılır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























