• $
  • €
  • ₽
  • ₺
  • £

Hazırda dünyada 84 milyon qaçqın var - BMT

Hazırda dünyada 84 milyon qaçqın var - BMT
20.06.2023 15:56
Hazırda dünyada qaçqın, məcburi köçkün və sığınacaq istəyənlərin sayı 84 milyona çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının son hesabatına qeyd olunub.
 
20 iyun dünyada "Ümumdünya Qaçqınlar günü" kimi qeyd olunur. Bu barədə BMT 2000-ci ildə xüsusi qətnamə qəbul edib. 
 
Qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. 
 
Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 1,2 milyonu və ya 12,4 %-i qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır.
 
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin deputatı Azər Badamov bildirir ki,  Azərbaycan dünyada ən çox qaçqın problemi ilə üzləşmiş ölkələr sırasındadır.
 
"Son 100 ildə Ermənistan Azərbaycana 4 dəfə təcavüz edib. 80-cı illərin sonunda Ermənistanda soydaşlarımıza qarşı törədilən soyqırımlar nəticəsində 300 minə yaxın azərbaycanlı Azərbaycana qaçmağa məcbur olub. 90-cı illərin əvvəlində Orta Asiyadan 50 mindən çox Axısxa türki qaçaraq ölkəmizə pənah gətirib. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 20 mindən çox azərbaycanlı öldürülmüş, 50 mindən çoxu yaralanmış və 750 mindən çoxu isə məcburi şəkildə öz yurdlarını tərk etməyə məcbur olub",- deputat vurğulayıb.
 
Deputat bildirir ki, "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlər Ağalı, Laçın və Talışa qayıtmağa başlayıb.
 
"İlin sonuna qədər 2000 nəfərin öz doğma yurdlarına qayıtması üçün dövlət tərəfindən böyük layihələr icra edilir. Hesab edirəm ki, dövlətimizin iqtisadi imkanları çərçivəsində yaxın illərdə keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıda biləcəklər.  Bu gün məcburi köçkün adı artıq keçmişdə qalıb. Amma qaçqınlarla bağlı problem təəssüf ki, həll olunmayıb. Prezident İlham Əliyevin sərəncamı ilə Qərbi Azərbaycan İcması üçün inzibati bina verilir. Bu binada Qərbi Azərbaycanlılar tədbirlər keçirir və öz yurdlarına qayıtmmaq üçün işlərə başlanılıb. Artıq qaçqın problemi Qərbi Azərbaycan İcması tərəfində beynəlxalq platformalara çıxarılır",- deputat əlavə edib.

Azərbaycanın tarixində bir çox qaçqın hadisələri olub.
 
İlk qaçqın 1917-1920-ci illərdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salınıb.

Sovet hakimiyyəti dövründə isə 1941-1945-ci illərdə II Dünya müharibəsi zamanı Azərbaycana 300 min nəfər qaçqın gəlib.

Sovet hakimiyyəti dövründən sonra isə 1988-1994-cü illərdə Ermənistanın Azərbaycan Ərazisindəki işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın olub.
 
2008-ci ildə Prezident İlham Əliyev Qaçqın və məcburi köçkünlərlə bağlı 1 fərman, 2 sərəncam imzalayıb, Nazirlər Kabineti 8 qərar və sərəncam qəbul edib. 
 
Aytac Zeynalova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol