Siyasi partiyalarla bağlı maliyyə pozuntularına yol verənləri yeni cərimələr gözləyir - SİYAHI

Siyasi partiyalarla bağlı maliyyə pozuntularına yol verənləri yeni cərimələr gözləyir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir.
Dəyişikliklə "Siyasi partiyalar haqqında" qanunla qadağan olunmuş subyektlərdən, yaxud nağd qaydada (bank hesabına köçürülmədən) və ya xarici valyutada vəsaitin siyasi partiya tərəfindən qəbul edilməsinə görə vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə ediləcək.
Siyasi partiya tərəfindən siyasi partiyanın üzvü və ya digər şəxsdən il ərzində "Siyasi partiyalar haqqında” qanunla müəyyən edilmiş məbləğdən (dəyərdən) artıq üzvlük haqqının və ya ianənin qəbul edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan artıq qəbul edilmiş üzvlük haqqı və ya ianə müsadirə edilməklə onun məbləğinin (dəyərinin) 80 faizindən 100 faizinədək məbləğdə cərimə olunacaq.
Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmasına görə vəzifəli şəxslər 1 500manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.
Siyasi partiyanın "Siyasi partiyalar haqqında" qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni həmin qanunla müəyyən edilmiş müddətdə geri qaytarmamasına, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş ianə məbləğinin 60 faizindən 80 faizinədək məbləğdə cərimə olunacaq.
Prezident İlham Əliyev 2023-cü ilin yanvarın 11-də "Siyasi Partiyalar haqqında" qanunu təsdiqləyib.
2022-ci il dekabrın 16-da Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ümumilikdə 100 dəyişilklik edilməklə III oxunuşda qəbul olunub.
Layihə 6 fəsil, 30 maddədən ibarətdir.
Layihə Venesiya Komissiyasının 233 tövsiyəsindən seçki prosesi ilə bağlı olmayan və sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid 132 tövsiyəsindən 112-si nəzərə alınıb.
Layihəyə görə, ilk dəfə olaraq siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilməyəcək. Dəyişiklik olaraq siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ olmayacaq.
Ədliyyə Nazirliyinin yazılı xəbərdarlığında göstərilmiş pozuntuların vaxtında aradan qaldırılmaması halında siyasi partiyanın fəaliyyətinin apellyasiya məhkəməsinin qərarı ilə 1 ilmüddətinə deyil-əvvəlki layihədə olduğu kimi, indiki layihədə 2 aydan 6 ay müddətinədək dayandırılması nəzərdə tutulub.
Dəyilikliyə görə şəxs yalnız bir siyasi partiyanın üzvü ola biləcək. Siyasi partiya üzvlərinin reyestrini müvafiq icra hakimiyyəti aparacaq. Siyasi partiyanın üzvünün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqqının yuxarı həddi minimum əmək haqqının 35 misli-yəni, indiki hesabla 10.500 manatdan artıq ola bilməyəcək.
Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır.
Partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min endirilib.
"Siyasi partiyalar haqqında" layihə ən son 1992-ci ildə qəbul olunmuşdu.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib