Bəzi yaşayış məntəqələrinə içməli su məhdudiyyətlə veriləcək

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Azərbaycanda bəzi yaşayış məntəqələrinə içməli su məhdudiyyətlə veriləcək. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
"Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək. Abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik", - agentliyin açıqlamasında qeyd olunub.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib