Respondentlərin 71,6%-i Azərbaycanı müasir ölkə hesab edir- STM

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə respondentlərin 71,6%-i Azərbaycanı müasir, 23,7%-i isə ənənəvi ölkə kimi göstərib. Bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Rəyi soruşulanların 57,3%-i Azərbaycanı Avropa, 25,0%-i isə Asiya ölkəsi kimi görüb. Respondentlərin 17,7%-nin ölkəni Avropa, yoxsa Asiya məkanına aid etməkdə çətinlik çəkib.
Respondentlərin 41,9%-i ölkəni Qərb, 38,8%-i Şərq ölkəsi kimi görsə də, 19,3% bu suala cavab verməkdə çətinlik çəkib.
Sorğu könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. 12 iqtisadi rayon əhatə olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























