30 ildə minaya düşən şəxslərin sayı açıqlanıb

Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaya düşüb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən iyunun 12-dən 17-dək işğaldan azad olunmuş ərazilərdə 12 piyada əlehinə, 18 tank əlehinə mina və 151 partlamamış hərbi sursat aşkarlanıb. Bu barədə agentliyin son məlumatlarında qeyd olunub.
Ümumilikdə bu dövr ərzində 156 hektar mina təmizlənib.
2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib.
Ümumilikdə bu dövr ərzində 156 hektar mina təmizlənib.
2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib.
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirilib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























