• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA-nın yeni veb-saytı istifadəyə verildi

AQTA-nın yeni veb-saytı istifadəyə verildi
20.06.2023 19:28
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin yeni veb-saytı (www.afsa.gov.az) istifadəyə verilib. 

AQTA-dan verilən məlumata görə, agentliyin rəsmi internet saytı fərqli tərtibatda yenidən işlənərək hazırlanıb. İstifadəçilərin qida təhlükəsizliyi ilə bağlı məlumat və qərarları daha rahat əldə etməsi üçün yeni sayt sadə və interaktiv formada dizayn edilib.

Belə ki, Agentliyin əsas funksional istiqamətlərinə uyğun olaraq, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də idxal-ixrac əməliyyatları, qida zəncirinə nəzarət, qeydiyyat və təsdiq prosesi, e-xidmətlər, qanunvericilik, normativ hüquqi aktlar, tələb, qayda və qərarlar və sair istiqamətlərə aid bölmələr, alt bölmələr veb-saytda yer alıb. Eyni zamanda, "Xəbərlər”, "Multimedia”, "Maarifləndirmə”, "Təbliğat-təşviqat” bölmələrində yerləşdirilən informasiyalarla yeni veb-sayt istifadəçilər üçün daha rahat və əlçatan olub.

Bundan başqa, yenilənmiş www.afsa.gov.az saytında "E-xidmətlər”, AQTİS – "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi”, rəsmi qurumların və beynəlxalq təşkilatların veb-saytlarına birbaşa keçid təmin edilib. "Aktual” bölməsində isə adından göründüyü kimi qida təhlükəsizliyi ilə bağlı günün aktual mövzularına birbaşa keçid etməklə, operativ məlumat əldə etmək mümkün olacaq.

Yeni dizaynda istifadəyə verilmiş sayt məlumatların və yeniliklərin ictimaiyyətə operativ, rahat çatdırılmasında mühüm rol oynayacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol