Daşkəsəndə leysan yağışlar fəsadlar törədib

Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bir sıra fəsadlar yaranıb.
Daşkəsən rayonu ərazisinə yağan güclü yağışlar Daşkəsən şəhərində yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub.
Dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Sel suları Daşkəsən şəhərində bir fərdi yaşayış evini tam qəzalı vəziyyətə salıb. Evin sakinləri müvəqqəti olaraq oradan köçürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























