• $
  • €
  • ₽
  • ₺
  • £

Polislər şəhid anasını döydülər – Hadisə sakini

Polislər şəhid anasını döydülər – Hadisə sakini
21.06.2023 11:25
İyunun 20-də Gədəbəyin Söyüdlü kəndində polislə vətəndaşlar arasında baş verən insidentdə 10 nəfər xəsarət alıb. Bunu hadisə yerində olan vətəndaş Sürəyya Əliyeva Amerikanın səsinə müsahibəsində deyib. 
 
"Bizim kənddə bir göl qurulub. Elə yer var ki, kəndlə 10 metr məsafəsi var. İkinci göl qurulsa, bizim örüş sahəmiz zəbt olunacaq, yaşamağımız mümkün olmayacaq. Hadisə yerinə mane olmağa getdik. Polislər bizə qarşı gözümüzü yandıran şey atdılar (gözyaşardıcı qaz – red.), rezin (rezin güllə – red.) atdılar, yaralananlar oldu, xəsarət aldılar, bir gəlini döydülər, videosunu çəkmişik. Üzü-gözü, bədəni şişdir. Neçə nəfər özündən getdi, təcili tibbi yardım gəldi, yardım göstərildi. Hardasa 6 nəfəri də aparıb polisə salıblar. 75 yaşlı bir kişini də tutmuşdular, buraxıblar. Şəhid anasını döydülər. İki körpə uşaq anasını döydürdülər, xəsarət alıb. Bəhman müəllim özü yanında durdu, şəhid anasını da, uşaqların anasını da döydürdü. Hardasa, 10 nəfər xəsarət alıb”, - hadisə şahidi bildirib. 
 
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri kəndə süni gölün tikintisinə etiraz ediblər. 
 
Daxili İşlər Nazirliyi açıqlama verərək bildirib ki, hadisə ilə bağlı araşdırılma aparılır. Baş verənlərə hüquqi qiymət veriləcək. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol