• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda təmir olunan məktəblərin sayı açıqlanıb

Bakıda təmir olunan məktəblərin sayı açıqlanıb
21.06.2023 12:33
2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 96 təhsil müəssisəsində təmir işləri həyata keçirilib. Bu barədə idarədən məlumat verilib.
 
Etiyac olan ərazilərdə 7 yeni məktəbin (Binəqədi qəsəbəsi, Binə, Binə Atçılıq və Qala yaşayış sahəsi, Kürdəxanı, Xocasən qəsəbəsi, Yeni Yasamal yaşayış massivi) tikintisi tamamlanıb.
 
Bundan əlavə, 1 məktəbdə (320) əsaslı təmir və bərpa gücləndirmə işləri, 2 məktəbdə (87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 1 məktəbdə isə (35) binanın sökülərək yenidən tikintisi həyata keçirilib.
 
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 4 məktəbəqədər təhsil müəssisəsində (257, 277, 215, "Çiçək”) əsaslı təmir işləri aparılıb. Suraxanı rayonu, Hövsan qəsəbəsində 2 yeni məktəbəqədər təhsil müəssisəsinin binası tikilərək istifadəyə verilib. Həmçinin hazırda 4 məktəbəqədər təhsil müəssisəsində (101, 99, 116, "A.Məmmədov” adına) təmir işləri aparılır, eyni zamanda 1 məktəbdə (313) əsaslı təmir işlərinə və əlavə korpusun tikintisinə başlanılıb.
 
Azərbaycanda  900-ə yaxın qəzalı və yararsız vəziyyətdə olan məktəb var. Bunu Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.
 
"Ümumilikdə 3500 məktəbdə vəziyyət yaxşıdır. Qəzalı məktəblərimiz var, biz bunu bilirik. 900 belə məktəbi eyni anda tikib təhvil vermək çətindir. Hər il təxminən 70-80 məktəbi təmir edirik. Təmir etdikcə digər məktəblər də sıradan çıxa bilər",- Fərhan Əliyev bildirib.
 
Rəis müavini həmçinin Füzuli, Cəbrayılda və Zəngilanda 960 yerlik məktəblərin tikildiyini vurğulayıb.
 
Elm və Təhsil naziri Emin Əmrullayev də həmçinin Azərbaycanda 800-dən çox məktəbin qəzalı vəziyyətdə olduğunu açıqlamışdı.

Ümumilikdə Azərbaycanda 4500 məktəb var.
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol