4 günlük iş rejimi məsələsi araşdırılmalıdır - Nazir müavini

Azərbaycanda 4 günlük iş rejimi məsələsi araşdırmalıdır. Bu barədə Report İqtisadiyyat nazirinin müavini Elnur Əliyevə istinadan yazıb.
Nazir bildirib ki, bu ikitərəfli məsələdir.
"4 günlük iş rejiminin tətbiqi ilə bağlı səslənən və real niyyət fərqlidir. Səslənən niyyət insanların asudə vaxtının çox olmasıdırsa, real və alt niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət etməsidir. Yəni, bu məsələ ikitərəflidir. Bəzi ölkələr bunu pilot layihə olaraq həyata keçirir. 4 günlük iş rejimi araşdırmalıdır. Bu məsələni təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz. Üstəlik, bu məsələ ölkədən ölkəyə fərqlənə bilər", - Əliyev "Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində deyib.
2022-ci il yanvarın 1-dən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni qərar qəbul edərək 4,5 günlük iş rejiminə keçib. Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib. Hazırda Böyük Britaniyada 30 şirkət 4 günlük iş rejiminə keçməklə bağlı pilot layihə həyata keçirir. Azərbaycanın qonşu olan Rusiya, Türkiyə və Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələ müzakirə edilir.
Dörd günlük iş ilk dəfə 1950-ci illərdə ABŞ-da müzakirəyə çıxarılıb. 1954-cü ildə hətta prezident Nikson, insanlara dörd günlük iş həftəsini vəd edib. Sonra bu ideya unudulub və yalnız 1970-ci illərdə yada düşüb. Belə ki, 1971-ci ildə korporativ menecment məsləhətçisi olan Riv Pur, "iş və istirahət inqilabı haqqında” "4 gün, 40 saat” adlı kitabını nəşr edib. O yazırdı ki, dörd günlük iş həftəsi, işçilərin effektivliyini və şirkətin mənfəətini artıracaq. Pur hesab edir ki, gündə 10 saat olmaqla, iş həftəsi 4 gündən ibarət olmalıdır. Əvvəlki dövrlərdən fərqli olaraq, müasir yanaşma iş saatlarının azaldılmasını nəzərdə tutur. Bu mövzunu əhatə edən təcrübələr, dünya üzrə bir sıra şirkətlər tərəfindən daim keçirilir. Ən sonuncu və uğurlu eksperimentlərdən biri 2018-ci ildə keçirilib. Belə ki, Yeni Zelandiyada işçilərin dördgünlük iş rejimi ilə bağlı araşdırma keçirilib. Beləcə, 2018-ci ilin noyabrında Yeni Zelandiyanın "Perpetual Guardian” kampaniyası dünyada dördgünlük iş rejiminə keçən ilk şirkət olub. Bununla da onlar həftəlik iş saatlarını 37,5-dən 30-a qədər azaldıblar.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























