• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
21.06.2023 13:25
ABŞ Ukraynaya yeni hərbi yardım paketini hazırlayıb. Bunu ABŞ-ın dövlət katibi Antoni Blinken jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, yardım paketinin həcmi 1,3 milyard dollardır.

Blinken daha əvvəl Vaşinqtonun Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə hazır olduğunu söyləmişdi.

Bundan əlavə, mənbələr CNN-ə bildiriblər ki, Ağ Ev üçüncü ölkələrin ABŞ F-16-larının Ukraynaya verilməsinə də etiraz etməyəcək.

Kiyevə görə, havada Rusiyaya qarşı dayanmaq üçün 180-ə yaxın müasir qırıcı təyyarə lazımdır. O da bildirilir ki, Kiyevə nə vaxt, haradan və neçə qırıcı təhvil veriləcəyini Bayden pilotların təlimi başlayandan sonra açıqlamaq niyyətindədir.

Avropa İttifaqının (Aİ) üzv ölkələri Ukraynaya müxtəlif çaplı 220 min artilleriya mərmisi və 1300 raket tədarük edib.

2022-ci ilin fevralın 24-də Rusiya prezidenti Ukraynada hərbi əməliyyat keçirilməsi barəsində fərman imzalayıb. Bu dövr ərzində Ukraynadan digər ölkələrə 8 milyondan çox qaçqın gedib. Amerika və Avropanın bir çox ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etsələr də Rusiya geri addım atmayıb. Hazırda Avropa Parlamenti Rusiyaya qarşsı 10-cu sankisya paketini hazırlayır. Müharibə başlayandan dünyanın bir çox brendləri Rusiya bazarından çıxıb.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol