Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 179 nəfər ştatda işçi var- Komitə sədri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində hazırda 179 nəfər ştatda işçi var, onlardan 88 nəfəri mərkəzi aparatda, 91 nəfəri isə yerli şöbələrdə çalışır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 22 illiyinə həsr olunan "Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans keçirilib.
O bildirib ki, komitədə əməkdaşların 39 nəfərini qadınlar təşkil edir.
"Dövlət Komitəsində gender bərabərliyi məsələsinə də diqqət göstərilir. Belə ki, əməkdaşlarımızın 39 nəfərini qadınlar təşkil edir. Dövlət Komitəsində 6 alimlik dərəcəsi olan şəxs də çalışır'',- sədr vurğulayıb.
Komitə sədrinin sözlərinə görə, son bir ildə din xadimləri üzrə 169 təyinat olub. 21 rotasiya olduğu halda, 181 din xadiminin fəaliyyətinə xitam verilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























