İşğaldan azad edilmiş ərazilərdən 83 993 ha minalardan təmizlənib

İndiyə qədər işğaldan azad edilmiş ərazilərdən 83 993 ha hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bunu ANAMA-nın əməliyyat idarəsinin rəisi İdris İsmayılov deyib.
O bildirib ki, indiyə qədər 89 mindən çox mina və hərbi sursatlar aşkar edilərək məhv edilib.
"İk gündən yaşayış yerləri, yol və infrastruktur layihələri, elektrik xətləri üzrə layihələri minalardan təmizləmişik və bu istiqamətdə fəaliyyət davam edir. Hazırda köçlə bağlı Laçın, Zabux və Sus yaşayış yerlərində işlər aparılır”,- idarə rəsisi vurğulayıb.
Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaya düşüb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.
2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib.
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirilib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib