• $
  • €
  • ₽
  • ₺
  • £

ANAMA-da media nümayəndələri ilə dəyirmi masa keçirilib

ANAMA-da media nümayəndələri ilə dəyirmi masa keçirilib
21.06.2023 19:17
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün dəyirmi masa keçirilib. 

Yerli media subyektlərinin rəhbər şəxlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin,  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, UNEC Tədqiqat Fondunun, eləcə də Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmiləri iştirak edib. 

Açılış nitqi ilə çıxış edən ANAMA-nın Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov media nümayəndələrinə Agentliyin fəaliyyətində göstərdiyi əvəzsiz vasitəçiliyə görə təşəkkürünü bildirib. O, mina təhlükəsi ilə mübarizə çərçivəsində həyata keçirilən fəaliyyətdən bəhs edərək mövcud təhlükə haqda yanlış düşüncə tərzinin aradan qaldırılmasında, cəmiyyətin Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirməsində, ictimai məlumatlılığının artırılmasında, əhalinin hər bir təbəqəsi arasında təbliğatın səmərəli formada aparılmasında medianın dəstəyinin danılmaz olduğunu qeyd edib.

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli ekstremal şəraitdə işləyən jurnalistlərin  təhlükəsizliyi, cəmiyyətə çatdırılan informasiyaların etibarlılığı, dolğunluğu kimi məsələlərə diqqət çəkib. Jurnalistlərin bu istiqamətdə təcrübə toplamasının vacibliyini vurğulayan Natiq Məmmədli  mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınmasının da əhəmiyyətini qeyd edib. 

Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) əsasında humanitar təmizləmə əməliyyatlarının icrasının başlıca məqsədləri, cəmiyyətin mina təhlükəsi ilə bağlı məlumatlandırılmasında medianın aparıcı rolu, ANAMA-nın informasiya prioritetləri, həmçinin qarşılıqlı fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

ANAMA-nın ekspertləri tərəfindən tədbir iştirakçılarına işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları, Agentliyin təlim imkanları və təlimlərə qoşulmaq üçün müraciət qaydaları, minatəmizləmə fəaliyyəti aparılan ərazilərdə yekun monitorinq və keyfiyyət yoxlamaları barədə məlumatlar təqdim edilib. 
Keçirilən dəyirmi masada məlumatların insanlara dolğun və obyektiv ötürülməsi, dezinformasiya hallarına qarşı mübarizə, cəmiyyətdə mediaya inamın təmin olunması  və mina təhlükəsi ilə mübarizədə ictimaiyyəti maarifləndirmənin əhəmiyyəti vurğulanıb

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol