• $
  • €
  • ₽
  • ₺
  • £

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılar həbs edildi - VİDEO

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılar həbs edildi - VİDEO
22.06.2023 09:29
Xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları həbs ediliblər.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytında bildirilib.

DTX-də aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnib, "Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş sabit qrupun üzvləri müəyyən olunmuş və barələrində beynəlxalq axtarış elan edilib.

Başlanılmış cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə yuxarıda qeyd olunan cinayət əməllərini törətmiş 13 nəfər Azərbaycan vətəndaşının - Abdullayev Şəmil Töhüd oğlu, Ağamətov Murad Əlibala oğlu, Quliyev Murad Firudin oğlu, Rüstəmov Fərhad İsə oğlu, Sultanov Sultan İdris oğlu, Hüseynov Nəcməddin Nəzir oğlu, Mahmudov Hikmət Sahib oğlu, Əliyev Mais Telman oğlu, İsmayılov İsmayıl Aydın oğlu, Babayev Şəhriyar Rahim oğlu, Muradov Hacı Arif oğlu, Baxışov Əlövsər Əlisafa oğlu və Əsədov İntiqam Şirin oğlunun xarici ölkə ərazisində gizləndikləri yerlər müəyyənləşdirilib və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq Azərbaycana gətiriliblər.

Sözügedən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib

Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol