• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ödəniş xidmətləri müəyyənləşir

Azərbaycanda ödəniş xidmətləri müəyyənləşir
22.06.2023 10:01
Azərbaycanda ödəniş xidmətlərinə 7 xidmət aid ediləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin xidmətlər aşağıdakılardır:

- ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;

- kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;

- ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;

- pul köçürməsi;

- elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;

- ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;

- hesab üzrə məlumat xidməti.

Bundan başqa, sənəddə deyilir ki, bu qanunun məqsədləri üçün aşağıda qeyd olunanlar ödəniş xidməti hesab edilmyəcək.

- ödəyici tərəfindən birbaşa vəsait alanın xeyrinə nağd formada həyata keçirilən ödəniş əməliyyatları;

- ancaq ödəyici və ya vəsait alanın adından malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üzrə müqavilələri bağlamaq səlahiyyəti olan ticarət nümayəndəsi (agenti) vasitəsilə ödəyici tərəfindən vəsait alanın xeyrinə həyata keçirilən ödəniş əməliyyatları;

- ödəniş hesabı olmadan nağd formada aparılan valyuta mübadiləsi əməliyyatları;

- normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada vahid xəzinə hesabında açılan və aparılan əlavə dəyər vergisinin depozit hesabı üzrə, həmçinin əlavə dəyər vergisinin qaytarılması ilə bağlı əməliyyatlar;

- akkreditiv, inkasso, çek və veksellər ilə aparılan ödəniş əməliyyatları;

- ödəniş sistemlərinin iştirakçıları arasında aparılan ödəniş əməliyyatları, habelə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bank xidmətləri göstərilən şəxslərin pul vəsaitlərinin AMB-də olan ödəniş hesabına nağd formada mədaxil və (və ya) məxaric edilməsi üzrə ödəniş əməliyyatları;

- qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar tərəfindən həyata keçirilən qiymətli kağızlar üzrə əməliyyatlardan irəli gələn ödənişlər, o cümlədən dividendlər və faizlərlə bağlı ödəniş əməliyyatları;

- emitentin öz təsərrüfat subyektlərində (obyektlərində) malların alqı-satqısı və xidmətlərin göstərilməsi üzrə hesablaşmalarda istifadə olunan ödəniş alətlərinə əsaslanan xidmətlər;

- mobil rabitə operatoru tərəfindən abunəçiyə telekommunikasiya xidmətlərindən əlavə rəqəmsal kontentin və səs əsaslı xidmətlərin alqısı üzrə və xeyriyyə fəaliyyəti çərçivəsində təqdim edilən ödəniş əməliyyatları (bu şərtlə ki, həmin ödəniş əməliyyatlarının məbləği AMB-nin normativ xarakterli aktları ilə müəyyən edilmiş məbləğdən artıq olmasın);

- ödəniş xidməti təchizatçıları onların filialları və (və ya) ödəniş agentləri arasında aparılan ödəniş xidməti istifadəçilərinin ödəniş sərəncamının icrası ilə bağlı olmayan ödəniş əməliyyatları;

- müştəri əməliyyatları ilə bağlı olmayan əsas cəmiyyətlə onun törəmə cəmiyyətləri və ya əsas cəmiyyətin törəmə cəmiyyətləri arasında onlarla eyni şirkətlər qrupuna aid ödəniş xidməti təchizatçısının iştirakı ilə aparılan ödəniş əməliyyatları;

- bir və ya bir neçə ödəniş kartı emitentinin adından çıxış edən və ödəniş xidməti istifadəçisi ilə müqavilə bağlamayan təşkilatlar tərəfindən ödəniş xidməti istifadəçilərinə ödəniş terminalı vasitəsilə nağd pul vəsaitinin əldə edilməsi üzrə göstərilən xidmətlər, bu şərtlə ki, müvafiq təşkilatlar tərəfindən bu Qanunda nəzərdə tutulan xidmətlər göstərilməsi;

- ödəniş xidmətlərinin göstərilməsini dəstəkləmək məqsədilə texniki xidmət təchizatçıları tərəfindən köçürmə prosesinin hər hansı anında köçürülən vəsaitlərə sahiblik etmədən təqdim olunan xidmətlər (bu xidmətlərə məlumatların emalı, saxlanması, autentifikasiyası, təhlükəsizliyinin təmin edilməsi, o cümlədən ödəniş xidmətlərinin təminatında istifadə olunan informasiya texnologiyaları, rabitə şəbəkəsi, habelə texniki cihazların təchizatı və dəstəklənməsi daxildir).

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol