• $
  • €
  • ₽
  • ₺
  • £

Gədəbəyin söyüdlü kəndinə giriş-çıxış məhdudlaşdırılıb

Gədəbəyin söyüdlü kəndinə giriş-çıxış məhdudlaşdırılıb
22.06.2023 11:03
Gədəbəyin Söyüdlü kəndininə giriş-çıxış tamamilə məhdudlaşdırılıb. Bu barədə kənd sakini Nailə Ələsgərova anews.az-a bildirib.
 
Kənd sakininin sözlərinə görə, bütün qonşu kəndlərlə olan yollara postlar qurulub.
 
"Hər tərəfdən giriş-çıxışı bağlayıblar. Kəndə gəlib-gedən maşınları bir-bir yoxlayırlar. Əhaliyə xəbərdarlıq olunur ki, bir yerə toplaşmasınlar. Toplaşmağa cəhd edənləri isə tutub aparırlar”, - kənd sakini deyib.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hazırda kəndə giriş-çıxış məhdudlaşdırılıb.

Gədəbəyin Söyüdlü kəndinin sakinləri iyunun 20-də kənd ərazisində sianid gölünün salınmasına etiraz ediblər. Onlar qızıl mədəninin tullantıxanası olan sianid gölünün onların sağlamlığına və təsərrüfatına zərər vurduğunu deyir.

Gədəbəyin Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri Gədəbəy rayonuna gəlib.

Komissiya Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etməli, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmalı, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
 
İyunun 20-si günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.
 
İyunun 21-i isə kəntdə polislərlə sakinlər arasında növbəti dəfə qarşıdurma yaşanıb. Kənd sakinləri aksiyada saxlanılanların sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub.
 
Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
 
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.
 
Eltac Nurullazadə
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol