Büdcə təşkilatlarının tenderlərdə iştirakı doğru deyil - Deputat

Dövlət büdcəsindən maliyyələşən təşkilatların satınalma prosesində iştirak etməsi doğru deyil. Bunu deputat Aydın Hüseynov deyib.
"Bu mənim subyektiv fikrimdir. Hesab edirəm ki, dövlət büdcəsindən maliyyələşən şirkətlər tender elanında iştirak etməməlidir. Onlar üçün konkret bir mexanizm hazırlanmalıdır. Məsələn bir qurum qələm,dəfətər və digər bir məhsul istəyirsə bununla bağlı konkret bildiriş verməlidir və o məhsulu almalıdır. Bunun üçün tenderlərdə iştirak etməsinə ehtiyac yoxdur. Dövlət təşkilatı hazır formada deməlidir ki, ona nə lazımdır”, - deputat Aydın Hüseynov iyunun 22-də Milli Məclisin İqtisadiyat, siyasət sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında çıxışı zamanı deyib.
Millət vəkili Əli Məsimli də bildirib ki, tenderlərin keçirilməsində elə hallar olur ki, qalib şirkət kiminsə zəng etməsindən sonra iştirakı ləğv edilmiş sayılır.
"Bu doğru deyil. Əlavə problemlər yaradır. Şəxsən belə hallar çoxdur. Kiminsə zəngindən sonra qalib gəlmiş şirkətin nəticələri ləğv olunur”, - deputat çıxışında söyləyib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət rəisi Məmməd Abbasbəyli bildirib ki, qəbul olunan yeni qanundan sonra bütün iştiraklar elektron formada olduğu üçün bir çox problemlər aradan qalxacaq.
Gülnar Nazimqızı
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib