• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST FHN-in tibb heyətinin Türkiyədə zəlzələ zonasındakı fəaliyyətini yüksək qiymətləndirib

ÜST FHN-in tibb heyətinin Türkiyədə zəlzələ zonasındakı fəaliyyətini yüksək qiymətləndirib
22.06.2023 20:40
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) FHN-in tibb heyətinin Türkiyədə zəlzələ zonasındakı fəaliyyətini yüksək qiymətləndirib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN Tibb Xidmətinin Tibb Mərkəzinin rəis müavini baş leytenant Davud Soltanov və həkim nevropatoloqu tibb xidməti mayoru Lamiyə Köçərli iyunun 15-16-da Türkiyənin İstanbul şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Türkiyə Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən fevralın 6-da qardaş ölkədə baş vermiş ağır zəlzələnin fəsadlarının aradan qaldırılmasında iştirak etmiş təcili tibbi yardım qruplarının fəaliyyətinə həsr olunmuş dünya ölkələrinin təcili tibbi yardım qruplarının beynəlxalq seminarında iştirak ediblər.

ABŞ, Almaniya, Yaponiya, Kuba, Malaziya, Qazaxıstan və digər ölkələrin də nümayəndələrinin iştirak etdiyi seminarda zəlzələ zonasında təcili tibbi yardım qruplarının fəaliyyəti, təminatı, göstərdikləri tibbi xidmətin həcmi, Türkiyə Səhiyyə Nazirliyi ilə koordinasiyası və digər məsələlər müzakirə olunub, uğurlu məqamlar və çatışmazlıqlar qeyd olunaraq qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Seminarda Fövqəladə Hallar Nazirliyinin tibb heyətinin və Kahramanmaraş şəhərində qurulmuş iki mobil səhra hospitalının fəaliyyəti yüksək qiymətləndirilərək Ümumdünya Səhiyyə Təşkilatı və Türkiyə Səhiyyə Nazirliyi tərəfindən təşəkkür elan edilib.

Tədbirin sonunda FHN-in əməkdaşlarına xatirə plaketi təqdim edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol