İctimai fəal həbs edilib- DİN

İctimai fəal Qiyas İbrahimov inzibati məsuliyyətə cəlb olunaraq həbs olunaraq, 30 sutka həbs cəzası verilib. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələrinin tərkib əlamətlərinə görə polis tərəfindın toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə onun barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunub.
Qiyas İbrahimovun anası Şura Əmiraslanova Abzas Media-ya bildirib ki, oğlunu polislərin hərəkətini tənqid etdiyi üçün həbs ediblər. O, polis əməkdaşlarının bu gün evlərinə gələrək oğlunun statusunu silmək üçün uzun müddət telefonunu axtardıqlarını deyir.
Jurnalist Həbib Müntəzir Gədəbəydə jurnalistlərin saxlanıldığını və zorakılığa məruz qaldığını iddia edib.
O iddia edir ki, iki jurnalist - Nigar Mübariz və Nərgiz Absalamova Gədəbəydə saxlanılaraq zorakılığa məruz qalıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, sözügedən iddialar əsassızdır.
"Həmin jurnalistlər qeyri-qanuni olaraq Gədəbəyin Söyüdlü kəndinə daxil olmaqa çalışıblar və ərazidən uzaqlaşdırılıblar. Saxlanılma və zorakılıq iddiaları əsassızdır",- Eşqin Qasımov bildirib
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən "Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib