Qiymətlər dövlət tərəfindən tənzimlənsə, taksilərin qiyməti arta bilər - VİDEO

Uzun illərdi taksi fəaliyyəti ilə məşğul olan Kazım Kamiloglu taksi qiymətlərinin aşağı olmasından şikayətçidir.
O söyləyir ki, əvvəllər UBER-də sürücü işləyib. Amma qiymətlər aşağı olduğundan bu iş ona sərf etməyib. Hazırda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur.
" 60 -dan çox yaşım var. Səhərdən axşama kimi burda 5-10 manat pul qazanmaq üçün otururam. Vəziyyətimiz həddindən artıq çətinləşib. Taksi qiymətlərini qaldırmırlar. Elə qiymət qoysunlar ki, hamımız işləyə bilək. Sovet dövründə hər şey əla idi. 8 saat işləyirdik, yaxşı da dolanırdıq. İndi ancaq qiymətləri öldürüblər. Əvvəl UBER-də işləyirdim. Qiymət çox ucun idi, hələ bir faiz də tuturdular. Elə bil hambalçılıq edirdim",- sürücü əlavə edib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi də Azərbaycanda taksi qiymətlərini qaldırılması təklifi ilə çıxış edib. Nazir Rəşad Nəbiyev bildirib ki, dünyanın heç bir yerində belə ucuz taksi qiymətləri yoxdur.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının fikrincə, Azərbaycan əhalisinin əksəriyyəti taksilərin fəaliyyətindən narazıdırlar.
" Heç kim dəqiq deyə bilməz ki, taksilərin qiymətləri konkret olaraq ya 5 manat, ya da 3 manat qalxacaq. Dövlətin bu gün marağı ondan ibarətdir ki, taksilərin qiymətləri minimal qiyməti müəyyənləşsin. Qanunvericilikdə müəyyən olunub ki, vətəndaş taksiyə minən kimi qiymət 1 manat 50 qəpikdən başlayır. Taksiyə mindikdən sonra 1 metrdə getsəz, 10 metrdə 1 manat 50 qəpik yazır. Bu bizim qanununun tələbidir. Amma ölkəyə daxil olan bəzi xarici şirkətlər qiymətləri darmadağın edib, 80 qəpiyə sərnişin aparır. Bu kimi halların qarşısının alınması üçün dövlət müvafiq qaydalar qəbul etməlidir",- ekspert bildirib.
Millət vəkili Vahid Əhmədovun fikrincə isə, dövlət tərəfindən qiymətlər tənzimlənsə qiymətlər qalxa bilər.
"Ümumiyyətlə taksilərin qiymətlərini dövlət tənzimlənir. Kim nə qədər sərnişin daşıyıbsa, o qədər də qazanır. Yəni bazar qiymətləri tənzimləyir. Əgər dövlət tərəfindən qiymətlər tənzimlənəcəksə, qiymətlər qalxa bilər. Taksi bazarda yüngül avtomobillərin sayı 68 mindən 30 minə salsalar əlbəttəki qiymətlər qalxacaq. Say saxlanılsa, o zaman qiymətlər qalxmayacaq",- deputat vurğulayıb.
Ətraflı videoreportajı diqqətinizə çatdırırıq:

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
Qeyd: Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























