Qurban bayramında ölkə üzrə 138 kəsim məntəqələri fəaliyyət göstərəcək

Qurban bayramı ərəfəsində ölkə ərazisi üzrə 138 kəsim məntəqələri fəaliyyət göstərəcək. Bunu Azərbaycan Qida təhlükəsizliyi agentliyinin şöbə müdiri Mansur Piriyev brifinqdə deyib.
O bildirib ki, 80 yerdə həm kəsim, həm də satış olacaq, 46-da qurbanlıq heyvanların satışı, 12-də isə yalnız heyvan kəsimi xidmətləri fəaliyyət göstərəcək.
"Satış şəbəkələrin adları saytımızda qeyd olunub. Sadəcə qurban bayrami ərəfəsində baytarlıq və gigiyena cəhətdən bütün proseslər yoxlanılacaq"- Mansur Piriyev bildirib.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























