Gədəbəydən seçilmiş deputat baş verənlərdən danışdı - VİDEO

Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr araşdırılır, nəticəsi barəsində yekunda məlumat veriləcək. Bunu Gədəbəydən seçilmiş deputatı Sevinc Hüseynova Gədəbəydəki hadisəyə münasibət bildirərkən deyib.
"Söyüdlü kəndində 3500 əhali var. Bu kənddən çoxu alimlər çıxıb. Hazırda kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Necə olur sakinlər birdən-birə narazılıq edir. Burada hansısa qüvvələrin məqsədləri var. Yəqin ki, yaxın zamanda komissiya bütün bunların hardan qaynaqlandığını ortaya çıxaracaq", - iyunun 23-də Milli Məclisin plenar iclasında deputat Sevinc Hüseynova deyib.
Gülnar Nazimqızı
www.anews.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























