• $
  • €
  • ₽
  • ₺
  • £

Söyüdlü kəndindəki hadisə planlı şəkildə hazırlanıb - VİDEO

Söyüdlü kəndindəki hadisə planlı şəkildə hazırlanıb - VİDEO
23.06.2023 12:52
Gədəbəyin Söyüdlü kəndindəki hadisə planlı şəkildə hazırlanıb. Bunu deputat Elman Nəsirov deyib. 

"Birdən-birə heçnə baş vermir. Proseslər idarə olunur. Baş verən hadisənin təşkilatçıları arasında Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmovun və keçmiş deputat Nazim Məmmədovun adı çəkilir. Məqsədyönlü və planlı şəkildə təxribatın əsası qoyulub. Nəticədə Azərbaycan polisinə qarşı sosial şəbəkələrdə təhqirlər səsləndirilir”, - deputat iyunun 23-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. 


Millət vəkili Arzu Nağıyev bildirib ki, baş verən hadisəni daha sivil qaydada həll etmək olardı.


"Kənd sakinlərinin dediklərində bir həqiqət var. Onlara vəziyyəti daha sivil izah etmək daha vacib idi. Vəziyyətdən istifadə edən şəxslərin qurbanı olmaq doğru deyildi. Hətta bəzi blogerlər və jurnalistlər öz maraqları üçün iş gördü. Onları Söyüdlü kəndinin sakinlərinin problemləri maraqlandırmayıb”, - deputat vurğuyayıb. 

Millət vəkili Ceyhun Məmmədov sosial şəbələrə nəzarətlə bağlı qanunun olmasının vacibliyini vurğulayıb.


"Nə qədər mənəviyyatdan uzaq olasan ki, Söyüdlü kəndindəki hadisəni Xocalı hadisələri ilə eyniləşdirəsən. Mətbuat sosial şəbəkələrə uduzur. Media haqqında qanuna dəyişiklik edilməsinə ehtiyac var. Bir sıra qüvvələr sosial şəbəkələri söyüş meydanına çevirib. Sosial şəbəklərlə bağlı ciddi işlər aparılmalıdır”, - deputat deyib. 

Deputat Azər Badamov söyləyib ki, Azərbaycan sabit ölkədir. Baş verən hadisəni daha sivil qaydada həll etmək olardı.


"Azərbaycanın daxili və xarici düşmənləri çoxdur. Plakatların qabaqcadan hazırlanması, qərəzli çəkilişlər kifayət qədər hazırlanmış ssenari olduğunu göstərir. Polisə daş atmadan da həll etmək olardı. Emosiyalara qatılmaq çıxış yolu deyildi”, - deputat bildirib. 


Millət vəkili Etibar Əliyev baş verən hadisədə SOROSU günahlandırıb və prosesdə onların əli olduğunu deyib. 

Gülnar Nazimqızı
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol