Qiymətlərin bahalaşması kasıb təbəqəyə pis təsir edir - Razi Nurullayev

Bazarda qiymətlərin baha olması ilə bağlı mübarizə aparılmasına baxmayaraq qiymətlərdə ucuzlaşma yoxdur, bu da əhalinin kasıb hissəsini bir az da pis hala salır. Bunu deputat Razi Nurullayev deyib.
"Bahalaşma dünyada baş verən proseslərlə bağlıdır. Nə qədər mübarizə aparılmasına baxmayaraq enmə yox, bahalıq görürük. Bu da əhalinin sosial təminatı aşağı olan insanlara pis təsir edir. Təklif edirəm ki, ölkəyə idxal edilən məhsulların qiyməti aşağı endirilsin və kefiyyətli məhsulları müəyyən etmək üçün işlər görülsün. Aidiyyatı dövlət qurumlarının xarici ölkələrə nümayəndələri ezam oluna bilər ki, onlar bu sahədə araşdırma və danışıqlar aparsın", - deputat iyunun 23-də Milli Məclisin iclasında çıxışı zamanı deyib.
Deputat həmçinin təklif edib ki, xarici ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin həm hər bir rayonda, həm də şəhərlərdə açılmalıdır.
"Belə supermarketləri bir çox xarici ölkələrdə görmüşəm. Başa düşürəm ki, həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının hazırlanması və həmin adamlara buraxılış kimi bir sənədin verilməsi mümkündür. Bu siyahı Əmək və əhalinin sosial müdafiəsi nazirliyində var. Əlavə olaraq, rayon icra hakimiyyətlərində də ərzaq yardımı verilən, kasıb əhalinin siyahısı var", - deputat vurğulayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























