Quru sərhədilə keçmək üçün Naxçıvana bilet alan əcnəbi vətəndaşların biletləri qaytarılacaq

Quru sərhədilə keçmək üçün Naxçıvana bilet alan əcnəbi vətəndaşların biletləri qaytarılacaq. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.
Qurumun məlumatına görə, əcnəbi vətəndaşlar və Azərbaycan Respublikası ərazisində oturum icazəsi olanların mövcud vəziyyətlə əlaqədar quru yolla sərhəd keçid məntəqələrindən keçidi mümkün olmadığından, onların Bakı-Naxçıvan reysilə Naxçıvana getmələri də mümkün deyil.
Bildirilib ki, bu səbəbdən , həmin şəxslər onlayn bilet aldıqda, bilet qaydalara uyğun olaraq geri qaytarılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























