• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda deputat kasıblar üçün market açmağı təklif edib

Azərbaycanda deputat kasıblar üçün market açmağı təklif edib
23.06.2023 16:00
Xarici ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin həm hər bir rayonda, həm də şəhərlərdə açılmalıdır. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
 
Onun sözlərinə görə, bu cür marketlər Amerika və Almaniya kimi böyük ölkələrdə var və Azərbaycanda da dövlət tərəfindən təşkil oluna bilər.

"O marketlər xüsusi olaraq dövlətin himayəsində olur. O insanlarında siyahısı olur və məhsul almağa gələrkən sənəd təqdim edirlər. Mən bunları daha çox Amerika və Almaniyada görmüşəm. Bu məhsullar daha çox qıraqdan gələn işləyənlərə və miqrantlara verilir. Məşğulluq idarələrində qeydiyyata düşənlər var. Həmçinin İcra Hakimiyyətlərində yardım verilən siyahı var. Hansı ki, həmin ailələrə hər il yardımlar verilir. Hər bir kəntdə də İcra nümayəndəliyi var. Onlar da bilirlər ki, kəntlər də kimlərin yardıma ehtiyacı var. Əslində yarmarkalar bunun üçün düşünülüb. Amma inzibatçılığa görə bunun qarşısı alınır. Yarmarkaya məhsul çıxaran şəxsləri məcbur edirlər ki, məhsulları baha qiymətə satsınlar. Ona görə də buna dövlət özu nəzarət etməlidir”, - deputat deyib.
 
 "Sosioloq Elçin Bayramlı bildirir ki, bu cür supermarketləri istifadəyə verib ona nəzarət mexanizmini yaratmaq mümkün deyil.
 
"Belə bir təklifin həyata keçirilməsi əhalinin təbəqələrə ayrılması və aşağılanması deməkdir. İkinci tərəfdən bunun sosial-iqtisadi əsaslandırılması yoxdur. İndiki kapitalizm dövründə keyfiyyət-qiymət mütanasibliyinə görə, müəyyən kastalara bölünürlər. Yəni yüksək keyfiyyətli və aşağı keyfiyyətli məhsullar. Bu keyfiyyətli məhsulları da məmurlar, biznesmenlər və maddiyatı yüksək səviyyədə olan insanlar alırlar. Bu da əhalinin bir neçə faizlik kateqoriyasını təşkil edir. Yerde qalan insanlar isə ümumən aşağı keyfiyyətli məhsulları alırlar. Bunun üçün ayrıca təkilif olunan mağazaların tikilməsi o deməkdir ki, həmin mağazalarda qida əvəzinə zir-zibil satılacaq. Buna bənzər marketlər onsuzda var. Məsələn "OBA” market, "AL” market kimi şəbəkələr ən aşağı keyfiyyətli və ən ucuz məhsulları satırlar”, - sosioloq bildirib.
 
Deputat Razi Nurullayev öz çıxışında bazarda qiymətlərin baha olması ilə bağlı mübarizə aparılmasına baxmayaraq qiymətlərdə ucuzlaşma olmadığını və bunun da əhalinin kasıb hissəsinə pis təsir etdiyini deyib. 
 
O təklif edib ki ki, ölkəyə idxal edilən məhsulların qiyməti aşağı endirilsin və kefiyyətli məhsulları müəyyən etmək üçün işlər görülsün.
 
Eltac Nurullazadə

 

 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol