Azərbaycanda satınalmaların faizi aşağıdır - Deputat

Azərbaycanda satınalmaların faizi aşağıdır. Bunu deputat Vahid Əhmədov deyib.
"Ümumiyyətlə satınalmalarda ciddi problemlər var. Biz bunu Hesablama Palatasının yoxlamalarında da görürük. 2022-ci ildə 12 minə yaxın satınalma keçirib. Bu da dövlət büdcəsinin 20%-ni təşkil edir. Əksər ölkələrdə bu faiz 35-45%-dir. Bizdə bu faizi ən azı 30%-ə qaldırmalıyıq. Elə təşkilatlar var ki, dövlət büdcəsinin 14-15%-ni təşkil edir, amma satınalmalarda iştirak etmir. Onları bu prosesə cəlb etmək lazımdır. Bu vacibdir", - deputat iyunun 24-də Milli Məclisin növbədənkənar iclasında "Dövlət satınalmaları haqqında” qanuna münasibət bildirərkən bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























