ÜST koronavirusla bağlı yeni rəqəmləri açıqladı
Mayın 22-dən iyunun 18-dək dünyada 1,2 milyondan çox insan COVID-19-a yoluxub, 7,1 mindən çox insan dünyasını dəyişib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.
Hesabat dövründə ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 58 faiz, yoluxma halları isə 48 faiz azalıb.
Ümumilikdə, dörd həftə ərzində dünyada 1 milyon 210 min 687 yoluxma, 7 min 168 ölüm halı qeydə alınıb. Koreya Respublikası 363 382 nəfərlə yoluxma sayına görə birinci yerdədir, ondan sonra Avstraliya (135 144), Braziliya (85 987), Fransa (71 197) və Sinqapur (54 581) gəlir.
www.anews.az

Braziliyada 978 hadisə ilə COVID-19-dan ən çox ölüm qeydə alınıb. Sonrakı yerləri İspaniya (729), Rusiya (526), Avstraliya (496) və İtaliya (420) tutur.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib