Söyüdlü sakini aksiyanın təşkilatçısı adı ilə həbs olundu - KİV

Söyüdlü sakini Cabbarov Etibar Məstan oğlu həbs olunub.
Bu barədə APA məlumat yayıb.
Mətbuat orqanı iddia edir ki, Rusiyadan gələn sözügedən şəxs Söyüdlü sakinlərindən təşkil olunmuş 405 nəfərdən ibarət qrupu yaradıb.
İyunun 20-də Söyüdlü kəndində sakinlər qızıl mədənlərinin tullantıxanası kimi istifadə olunan ikinci gölün inşasına etiraz olaraq aksiya keçirib. Kəndə cəlb olunan çoxsaylı polis qüvvələri etiraz aksiyasına müdaxilə edib. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, bu zaman sakinlərə qarşı dəyənəklərdən, hətta yaşlı qadınlara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Xeyli kənd sakini tutulub. Həmin gün 5 nəfər məhkəmə qərarıyla 20 gün inzibati qaydada həbs olunub. Ertəsi gün daha 5 nəfər kənd sakininin saxlanması xəbəri yayılıb. Bir gün sonra post qurularaq, Söyüdlüyə giriş-çıxış məhdudlaşdırıb. Orada çəkiliş aparan müstəqil jurnalistlər zorla uzaqlaşdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























