Azərbaycan dili fənni üzrə imtahanın nəticələri açıqlanıb

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə iyunun 18-də keçirilən test imtahanının nəticələri elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
İmtahan nəticələri artıq DİM-in internet səhifəsində yerləşdirilib. Şagirdlər 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
Abituriyentlər (şagirdlər) imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1154 nəfərdən 105 nəfər imtahana gəlməyib.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 3 iyul 2023‑cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























