AZAL Pakistanın daha 2 şəhərinə uçuşlar həyata keçirəcək

Azərbaycan Hava Yolları QSC-yə (AZAL) Pakistanın Karaçi, İslamabad şəhərlərinə uçuşların həyata keçirməsinə icazə verilib.
Bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Pakistanın federal aviasiya naziri Xavaja Saad Rafiqlə keçirdiyi görüşdə məlumat verilib.
Bununla bağlı, Pakistan Federal Aviasiya ilə AZAL arasında kod-şerinq razılaşması əldə olunub.
Görüş zamanı iki ölkə arasında aviasiya reyslərinin artırılması barədə razılıq əldə olunub.
Pakistanın federal aviasiya naziri deyib ki, iki ölkə arasında dərin dini, mədəni və qardaşlıq əlaqələri mövcuddur, qarşılıqlı uçuşların təşviqi iki ölkə arasında turizm və ticarəti inkişaf etdirəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























