Bakıda idman nazirlərinin konfransı keçirilir

Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) konfransı keçirilir.
Beynəlxalq Konfrans və əlaqədar tədbirlərdə təxmini 50-dən çox nazir və yüksək vəzifəli rəsmilər, 124-dək yaxın ölkə və beynəlxalq təşkilatlardan 540-dan çox nümayəndə iştirak edir.
Konfrans iyunun 29-dək davam edəcək. Konfransın yekununda UNESCO-nun idman təşəbbüsü olan "Fit for Life” layihəsindən irəli gələn "Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. "Fit for Life” layihəsinin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yüksəldilməsi, COVİD 19 pandemiyasının yaratdığı neqativ təsirlərin aradan qaldırılması, fiziki fəaliyyətsizliyin azaldılması üzrə siyasətlərin hazırlanmasından ibarətdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























