AzerGold Qurban bayramı münasibətilə Daşkəsəndə şəhid ailələrini ziyarət edib

AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Qurban bayramı münasibətilə Daşkəsən rayonunda qeydiyyatda olan şəhid ailələrini ziyarət edib.
Qurban bayramı ərəfəsində təşkil edilən ziyarət zamanı şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
"AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan ailələrin hərtərəfli qayğı ilə əhatələnməsinə xidmət edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























