Bakıda MINEPS VII Beynəlxalq Konfransının rəsmi açılışı olub

Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS 2023) rəsmi açılışı olub.
Fərid Qayıbov hər kəsə foruma qatılıdığı üçün təşəkkür edib: "Bu gün Foruma 120-dən çox ölkə təmsilçisi qatılıb. Bu, beynəlxlaq tədbirə olan böyük marağın göstəricisidir. Bu gün gündəliyimizdə UNESCO-nun "Fit for life" təşəbbüsü ətrafında müzakirələr var. Hamımızın oxşar ideyaları, hədəfləri var. Ümid edirəm ki, bizim səmərəli müzakirəmiz və sonra vacib qərarlarımız olacaq".
Daha sonra UNESCO rəsmisi Qabriela Ramos çıxış edərək deyib ki, forum müxtəlif səviyyələrdə yüksək səviyyədə təşkil olunub və bu foruma güclü maraq var: "Biz istəyirik ki, üzləşdiyimiz çağırışların həllində idmanın da bir element olması üçün çalışaq. Sağlam cəmiyyətə nail olduqda bu zaman səhiyyə nazirliyi də, əmək nazirliyi də qazanmış olur. Bu, həm də sağlam nəsil deməkdir".
Qabriela Ramos idmanın cəmiyyətə təsiri, bu sahəyə qoyulan investsiyanı ölçmək üçün müəyyən mexanizmin yaradılmalı olduğunu vurğulayıb: "Gəlin, idmanın gücündən istifadə edək".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























