Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan bir nəfərə qarşı soyğunçuluq edərək onun pulunu ələ keçirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Fərəcov olduğu müəyyən edilib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs toy məclisindən çıxan zərərçəkənin içkili vəziyyətdə olmağından istifadə edərək ona qarşı soyğunçuluq edib və həmin ərazidən uzaqlaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























