Bu gündən Abşeron dəmir yolu xəttində kağız biletlərin satışı dayandırılıb

Bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə sərnişindaşımada ödənişlər "Azərbaycan Dəmir Yolları” nın kartları və ya NFC-ni dəstəkləyən bank kartları ilə həyata keçirilir.
Bu barədə ADY məlumatı yayıb.
ADY rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara kağız biletlərin satışını dayandırır.
Sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























