Təhsil naziri Azərbaycan təhsilinin əsas çətinliyini açıqlayıb

“Təhsil sahəsində qarşılaşdığımız əsas çətinlik təhsil sistemi və strukturunun sovetlər dönəminin ehtiyacları üçün nəzərdə tutulmasıdır”.APA-nın verdiyi məlumata görə, bunu Azərbaycan İnvestisiya Sammitində təhsil naziri Mikayıl Cabbarov söyləyib. Təhsil naziri deyib ki, təhsil sahəsinə yeni baxış, müstəqil Azərbaycanın məqsəd və ehtiyacların müəyyənləşdirilməsi lazım idi: “İlk növbədə insan kapitalını nəzərə almalıyıq. Biz bir çox problemlə qarşılaşırıq, bunlar Təhsil Strategiyasında da yer alıb. İnkişaf üçün təhsilin məzmunu, təhsil sisteminin idarə edilməsi, müəllimlər, maliyyə qaynaqları, resurslar vacibdir. Bu sahələrdə bir çox iş görülüb. Son 10 ildə məktəblərin 60 faizi tam təmir edilib”. M. Cabbarov təhsilin iş bazarını kadrlarla təmin etməli olduğunu da qeyd edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























